Növbəti Bazarstore Badamdarda

novbeti-bazarstore-badamdarda-
Oxunma sayı: 809

“Qafqazinfo” xəbər verir ki, 8-ci Bazarstore Badamdar qəsəbəsinin mərkəzində 1-ci massivdə müştərilərin ixtiyarına verildi. Qəsəbəyə gedən əsas yolun kənarında, yaşayış binalarının yaxınlığında yerləşən yeni mağazanın qarşısında rahat park yeri də mövcuddur. Hər zaman müştərilərinin məmnunluğunu və rahatlığını düşünən Bazarstore bu dəfə də möhtəşəm açılış kampaniyası hazırlayaraq onlara əsl bayram əhval-ruhiyyəsi yaşatdı. Hər bir müştərisini məmnun şəkildə yola salmağı qarşısına məqsəd qoyan Bazarstore-larda müştərilərin daha çox ehtiyatla yanaşdığı ət və süd məhsulları daim təzədir. Gündəlik olaraq həm müəssisənin keyfiyyətə nəzarət mütəxəssislərinin, həm də baytar yoxlamasından keçirilir. Mağazada kulinarların, xüsusi reseptlərlə bişirdiyi un məmulatları, çörəklər, şirniyyatlar isti-isti alıcılara təklif olunur. Bazarstore rəflərində satılan təmiz, təbii balları ilə də müştərilərin rəğbətini qazana bilib. Müasir pərakəndəçiliyin yeniliklərini müştərilərə tanıtmaq, şəhərimizin qonaqlarına qabaqcıl ölkələrin standartlarını təqdim etməklə istər-istəməz ölkənin bir nömrəli supermarketlər zəncirinə çevrilir. Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərməyi düşünən Bazarstore mart ayında Sumqayıtda 7-ci mağazasını istifadəyə verərək tezliklə Bakının hüdudlarından çıxacağını, yüksək səviyyəli keyfiyyətli xidməti ilə müştərilərinə hər gün bir az daha yaxınlaşmaq niyyətini əyani şəkildə sübut etdi.