“Artıq bu məsələ dəqiqləşib. Növbəti çempionatımıza avqustun 8-də start verəcəyik. Püşkatma mərasimini isə iyulun 15-20-si arasında keçirəcəyik. Qarşıdakı çempionatda çıxış edəcək komandalar öz iştiraklarını təsdiqləməyə başlayıblar. Klublar püşkatmaya 3 gün qalmışadək iştirak ərizələrini bizə göndərməlidirlər”.
Məlum olduğu kimi, son 3 ildə Premyer Liqanın sponsoru olan “Topaz” şirkəti ilə PFL arasında 2012-ci ildə imzalanmış əməkdaşlıq müqaviləsinin vaxtı bitib. Musayevin sözlərinə görə, ikitərəfli əməkdaşlığın davam etdirilməsi gözlənilir: ““Topaz” yenə də çempionatımızın sponsoru olmaqda maraqlıdır. Bununla bağlı təklifə baxırıq. Biz də bu sponsorla əməkdaşlığı davam etdirmək istəyirik. Yəni hər iki tərəfdə yeni müqavilənin imzalanması ilə bağlı müsbət fikir var. Bu məsələyə püşkatmayadək tam aydınlıq gələcək”.
Xatırladaq ki, növbəti çempionatımızda birinci diviziondan gələn komandalar debütant “Zirə”ylə 2 illik fasilədən sonra Premyer Liqaya qayıdan “Kəpəz”dir. "Bakı" isə elitanı tərk edib.
Son xəbərlər
Son Xəbərlər