Son günlər bölgələrdə hava şəraitinin əlverişli keçməsi ölkənin bir sıra meşə fondu torpaqlarında meşəbərpa tədbirlərinin aparılmasına şərait yaradıb.
“Qafqazinfo”nun məlumatına görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib ki, iqlim-hava şəraiti əlverişli keçən Şəmkir, Göygöl, Bərdə, Şabran, Ağsu, Ağcabədi, Sabirabad rayonlarının meşə fondu torpaqlarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən növbəti əkin mövsümünə start verilib.
“Gün ərzində ümumilikdə 9 mindən artıq ağac əkilib, 370 kiloqram toxum səpilib. Meşəbərpa tədbirləri zamanı hər bölgənin torpaq-iqlim şəraitinə uyğun palıd, fıstıq, vələs, ağcaqayın, qarağac, çinar, cökə, göyrüş ağacları əkilir, toxumlar səpilir. Ağacəkmə aksiyalarında Regional Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilmiş əkin materiallarından istifadə olunur”, - R.Əşrəfov bildirib.




Son xəbərlər
Son Xəbərlər