Növbəti “Gənclər evi” açıldı

Növbəti “Gənclər evi” açıldı
Oxunma sayı: 793

Bu gün Binəqədi rayon, 7-ci mikrarayon, S.S.Axundov kücəsində yeni “Gənclər evi”nin açılış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov, Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov və digər rəsmilər iştirak ediblər.

Açılışda çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdəki 38 sayda "Gənclər evi"nin artıq genış şəbəkə olduğunu diqqətə çatdırıb:

“Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlamışdır. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilmişdir.”

Nazir eyni zamanda çıxışında gənclər və idman nazirliyi tərəfindən Balakən, Lənkəran, Mingəçevir, Naxçıvan, Sumqayıt, Tovuz, Daşkəsən, Sabunçu. Suraxanı, Xəzər, Qaradağ və Binəqədidə tikilmiş Gənclər Evlərinin sayının 12-ə çatdığını bildirib:

Binəqədi rayon "Gənclər Evi" ölkədə istifadəyə verilmiş 38-cı, Bakıda isə 5-ci müəssisədir. Gənclər evi - gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərin psixoloji reabilitasiyasını həyata keçirən, hüquqi və informasiya məsləhətlərin göstərilməsi məqsədilə yaradılan sosial xidmət müəssisəsidir. Gənclər evlərinin yaradılması prosesi 2006-cı ildən başlamışdır. 2006-2008-ci illərdə - 5, 2009-2012-ci illərdə - 12, 2013-2015-ci illərdə 19 Gənclər Evi/Mərkəzi tikilib gənclərin istifadəsinə verilmişdir”.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi