Növbəti həyət abadlaşdırıldı - Fotolar

novbeti-heyet-abadlasdirildi
Oxunma sayı: 2143

Qaradağ rayonunun Sahil qəsəbəsində IDEA İctimai Birliyinin təşkilatçılığı və Qaradağ rayon icra hakimiyyətinin dəstəyi ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət bu gün sakinlərin istifadəsinə verilib.

“Qafqazinfo” xəbər verir ki, istifadəyə verilmiş növbəti abad məhəllədə Qaradağ rayonunun Sahil qəsəbəsi, Ə.Qülbabayev 14, 16, 18 və M.Seyidov 13, 16 N-li binaların qarşısında yerləşir. Qaradağ Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan və 2.5 hektar sahəsi olan həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti və bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması məqsədilə əyləncə qurğuları yerləşdirilib, futbol və basketbol meydançası və idman alətlərindən ibarət meydança salınıb.

IDEA İctimai Birliyinin nümayəndələri və məktəblilər tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər. 

“Bizim həyət” layihəsinə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilib.