Növbəti humanitar yardım Kahramanmaraşa çatdı - Fotolar

novbeti-humanitar-yardim-kahramanmarasa-catdi
Oxunma sayı: 2955

Azərbaycandan Türkiyəyə göndərilən növbəti humanitar yardım Kahramanmaraşa çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tviter hesabında paylaşım edib.

O vurğulayıb ki, humanitar yardıma Azərbaycanın müxtəlif şəhərlərindən göndərilən 14 yaşayış konteyneri və 3 portativ tualet daxildir.