Növbəti humanitar yardım Türkiyəyə çatdı - Video

novbeti-humanitar-yardim-turkiyeye-catdi
Oxunma sayı: 1619

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti humanitar yardımı bu gecə təyyarə ilə qardaş ölkəyə yola salınıb.

Bu barədə "Qafqazinfo"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Prezidentin tapşırığına əsasən, FHN tərəfindən indiyədək 9 təyyarə və 30 yük maşını yardım üçün göndərilib.