Növbəti iki günün hava proqnozu açıqlanıb

novbeti-iki-gunun-hava-proqnozu-aciqlanib
Oxunma sayı: 4403

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti iyulun 25-i gündüzədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 26-27-də əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir.

Mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək.