Növbəti illərdə Avropaya qaz ixracatı 2 dəfə artırılacaq

Növbəti illərdə Avropaya qaz ixracatı 2 dəfə artırılacaq
Oxunma sayı: 1194

“Avropa İttifaqı ilə Azərbaycan arasında bu yaxınlarda enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum imzalanmışdır. Bu Memoranduma əsasən, növbəti bir neçə ildə biz Avropaya qaz ixracatımızı ən azı 2 dəfə artıracağıq və buna imkan var”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

“Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu bizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Əlbəttə ki, bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir”, - deyə dövlət başçısı qeyd edib.