Bu barədə “Qafqazinfo”ya məlumat verən Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu bildirib ki, ötən dəfəki görüşdən iki aya yaxın vaxt keçir: “Sonuncu müzakirədə planlaşdırılmışdı ki, növbəti üçüncü görüş iki aydan sonra keçirilsin. Amma görüşün nə vaxt keçiriləcəyi barədə dəqiq məlumatı Prezident Administrasiyası müəyyənləşdirir”.
Partiya sədri qeyd edib ki, bu dəfəki görüşün müzakirə mövzusunun parlament seçkiləri ilə bağlı olması müəyyənləşib: “ Bir neçə gündən sonra partiyalarla birgə dəyirmi masa təşkil olunacaq. Orada da elan edəcəyik ki, 8 partiya bu dəfəki görüşün mövzusunun seçkilər olmasını müəyyənləşdirib. Təbii ki digər iştirakçıların da təkliflərini nəzərə alacağıq. Amma hər halda müzakirə və görüş baş tutacaqsa, bizim adımızdan müzakirənin mövzusu seçkilərlə bağlı olacaq.
Xatırladaq ki, Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla Azərbaycanda müxalifət partiyalarının rəhbərlərinin sonuncu görüşü fevral ayının 12-də baş tutub.
Günel
Son xəbərlər
Son Xəbərlər