Növbəti İsrail-Fələstin qarşıdurması - Deputat döyüldü

novbeti-israil-felestin-qarsidurmasi
Oxunma sayı: 1536

Sülh tərəfdarı olan çox sayda yəhudi fəal Şərqi Qüdsün Şeyx Cərrah Məhəlləsində yaşayan və məcburi köçürülmə təhlükəsi ilə üzləşən fələstinlilərə dəstək nümayişi təşkil edib.

“Qafqazinfo” xəbər verir ki, nümayişçilər “işğalı dayandırın”, “işğala yox”, “Şeyx Cərrah Fələstindir” tipli plakatlar açıblar.

İsrail əleyhinə şüarlar səsləndirən etirazçılar Birgə Ərəb Siyahısı Blokunun yəhudi millət vəkili Ofer Cassifi tərəfindən də dəstəklənib.

İsrail polisi etirazçılara əvvəlcə xəbərdarlıq edib, daha sonra onlara hücum olunub. Hüquq-mühafizə orqanları əməkdaşları sülh tərəfdarı fəal, İsrail millət vəkili Ofer Cassifi döyüb.