İsrail polisi məsciddə namazdan sonra Şərqi Qüdsün Şam qapısında toplanan fələstinlilərə müdaxilə edib.
“Qafqazinfo” xəbər verir ki, bundan sonra tərəflər arasında gərginlik yaranıb. Fələstinliləri dağıtmaq üçün səs bombasından istifadə edilib, əraziyə atlı polislər cəlb edilib.
Qarşı tərəf təhlükəsizlik əməkdaşlarına daş və hava fişəngi ilə cavab verib. Hadisə zamanı xeyli vətəndaş saxlanılıb.
Qeyd edək ki, Ramazan ayının ilk günlərindən etibarən Şam qapısının qarşısındakı məkanlar bağlanıb. Ötən gün İsrail polisinin əraziyə müdaxiləsi zamanı 105 nəfər yaralanıb.
Son xəbərlər
Son Xəbərlər