Növbəti medal Patimatdan gəldi

Növbəti medal Patimatdan gəldi
Oxunma sayı: 792

İtaliyanın Neapol şəhərində davam edən XXX Yay Universiadasında Azərbaycan növbəti medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, 53 kq çəki dərəcəsində çıxış edən taekvandoçu Patimat Abakarova Çin (18:0), Rusiya (11:5) və Almaniyadan (5:2) olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda Cənubi Koreya təmsilçisinə 0:1 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, bu, Azərbaycanın 5-ci medalıdır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi