Aralıq dənizində içində 400-dən çox miqrant olan gəmi batıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəza baş verən gəmidə Şimali Afrikadan qaçaraq İtaliyaya getmək istəyən miqrantlar olublar. Məlumata görə, İtaliyaya üz tutan gəmi Misir sahillərində qəzaya uğrayıb.
Hadisə nəticəsində 400 nəfərin öldüyü bildirilir. Somali mediası, xilasedici dəstənin yalnız 29 nəfərlə əlaqə yarada bildiyini yazır. Hadisənin təfərrüatları araşdırılır.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər