“Növbəti oyunlar barədə düşünməliyik” - Svanadze

novbeti-oyunlar-barede-dusunmeliyik-
Oxunma sayı: 674

Premyer Liqanın XXX turunda “İnter” səfərdə “Kəpəz”in qonağı olub. Qarşılaşma 1-1 hesablı bərabərliklə başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, oyundan sonra “CBC Sport”a açıqlama verən “İnter”in baş məşqçisi Zuar Svanadze fikirlərini bildirib:

“Doğrudan da, çox çətin qarşılaşma idi. İlk hissədə penaltidən qapımızda qol gördük. İkinci hissədə isə yaxşı hücumlar təşkil edib hesabı bərabərləşdirə bildik. Nəticəni unudub qarşıdakı oyunlar barədə düşünməliyik” .

Mütəxəssis həmçinin komandasının qapısına təyin olunan epizod barədə də fikir bildirib: “Epizoda yaxın olmadığım üçün hər hansı fikir bildirə bilmərəm. Az sonra həmin epizoda baxacam. Bundan sonra epizodla bağlı dəqiq fikir bildirə bilərəm”.