Növbəti serial başlayır - Baş rolda “İçerde”nin “Mert”i

novbeti-serial-baslayir
Oxunma sayı: 1646

“Show TV” yeni mövsümə iddialı başlayır.

“Qafqazinfo” xəbər verir ki, ötən mövsüm “İçerde” serialı ilə reytinqləri alt-üst edən kanalda, “Çukur” adlı yeni serial efirə gedəcək.

“Ay Yapım”ın çəkdiyi serialın baş rolunda son olaraq “İçerde” serialında “Mert” obrazını ifa edən Aras Bulut İynemli rol alacaq. O, “Yamaç” karakterini canlandıracaq.

Onu partnyoru isə “Sena” rolunu oynayacaq Dilan Çiçek Deniz olacaq. Serialın ssenaristi Gökhan  Horzum, rejissoru isə Sinan Öztürkdür.

Ekran işinin yaxın günlərdə başlayacağı bildirilib.