Növbəti veloyürüş keçiriləcək

novbeti-veloyurus-kecirilecek
Oxunma sayı: 1022

Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Az avtomobil çox həyat” devizi altında veloyürüş keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə keçirilən veloyürüş 7 aprel 2019-cu il tarixində Veloparkda təşkil olunacaq.

Bunu jurnalistlərə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Yürüşün keçirilməsində məqsəd insanlara sağlam həyat tərzini aşılamaq və avtomobilsiz istirahət günü ənənəsini təbliğ etməkdir.