Novruz Məmmədov Ukrayna saytındakı məqaləni tənqid etdi

novruz-memmedov-ukrayna-saytindaki-meqaleni-tenqid-etdi
Oxunma sayı: 1092


“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, N.Məmmədov öz “twitter” səhifəsində yazıb: "Geostrategy"nin məqalə müəllifləri öz amplualarındadır: həmişəki kimi təxribat, siyasi diversiya, bir sözlə, məkrli niyyətlər. Aydındır ki, onlar Azərbaycanı 40-dan artıq dövlətin sırasında qaynar nöqtə kimi görməkdə maraqlıdırlar".

Qeyd edək ki, "Geostrategy" qlobal kəşfiyyat qrupunun materialının müəllifləri guya Ukraynaya qarşı mövqeyini dəyişib Rusiya yönümlü mövqe tutan Azərbaycanı tənqid ediblər.