Novruz Məmmədov Zurabişvili ilə nahar etdi

novruz-memmedov-zurabisvili-ile-nahar-etdi
Oxunma sayı: 1997

Azərbaycanın Baş naziri Novruz Məmmədov və ölkəmizdə rəsmi səfərdə olan Gürcüstan Prezidenti xanım Salome Zurabişvili fevralın 27-də birgə işçi nahar ediblər.
 
“Qafqazinfo” xəbər verir ki, səmimi söhbət zamanı Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin, o cümlədən iqtisadi sahədə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.