Azərbaycanın sabiq Baş Naziri Novruz Məmmədovun yeni vəzifəyə təyin olunacağı gözlənilir.
"Qafqazinfo" Modern.az-a istinadən xəbər verir ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə prorektor təyin olunacaq.
Qeyd edək ki, keçmiş Baş Nazir fransız dili üzrə mütəxəssisdir.
***
N. Məmmədov bu gün Azərbaycan Dillər Universitetinin elmi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.
Yeni prorektor sabah Universitetin kollektivinə təqdim olunacaq.