“Novruz mühazirələri”ndə bu dəfə Esin Sile

novruz-muhazirelerinde-bu-defe-esin-sile
Oxunma sayı: 863

Təhsil Nazirliyi “Novruz mühazirələri”ni davam etdirir.

"Qafqazinfo"ya daxil olan məlumata görə, mühazirələr “Elmdən təhsilə” təşəbbüsünə uyğun olaraq təşkil edilir və “Təhsil” TV tərəfindən çəkilərək yayımlanır. “Novruz mühazirələri”nin növbəti görüşündə Amerika Birləşmiş Ştatlarının Silikon Vadisindən dəvət edilmiş Esin Sile “Startaplar üçün Amerikadan ən yaxşı təcrübə” mövzusunda mühazirə səsləndirib.

Esin Sile startapların yaradılmasında Amerika təcrübəsini paylaşıb, innovativ təhsillə bağlı dünya təcrübəsini bölüşüb.

Sözügedən mühazirəni təqdim edirik: