“Qafqazinfo” xəbər verir ki, bunu SİA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri üzrə komissiyanın üzvü, millət vəkili Məlahət İbrahimqızı bayram öncəsi əfv fərmanın olacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, komissiya üzvləri gündəlik olaraq əfvlə bağlı müraciət alır:
“Biz sadəcə həmin müraciətlər əsasında məhkumun işi ilə bağlı araşdırmalar aparırıq və nəticələr Əfv məsələləri üzrə komissiyada müzakirə olunur. Ölkə başçısı İlham Əliyev neçə illərdir belə humanist addım atır və hər zaman istəyir ki, əfvlə insanları sevindirsin. Amma, fərman imzalanacaq, olacaqsa, nə vaxt olacağı Prezidentin səlahiyyətlərinə aiddir”.
Son xəbərlər
Son Xəbərlər