Novruzla bağlı gərginlik - 164 nəfər həbs olundu

novruzla-bagli-gerginlik
Oxunma sayı: 3414

İcazəsiz Novruz bayramı keçirən 164 nəfər həbs olunub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən İstanbul daxilindəki 27 əyalətdə Novruzla bağlı gərgin anlar yaşanıb.

Rəsmi açıqlamaya görə, 8-i uşaq olmaqla 164 nəfər həbs olunub.

Qeyd edək ki, terror hadisələrindən sonra təhlükəsizlik baxımından İstanbulda Novruz şənliklərinin keçirilməsi qadağan edilmişdi.

Günel Hacı