“NovruzPromo_ARAZ” tirajlı stimullaşdırıcı lotereyasının qalibləri

novruzpromoaraz-tirajli-stimullasdirici-lotereyasinin-qalibleri
Oxunma sayı: 1295

"NovruzPromo_ARAZ"  Tirajlı stimullaşdırıcı  lotereyası 3-29 Mart 2020-ci il tarixləri arasında Azərbaycan Respublikası ərazisində ARAZ satış məntəqələrini əhatə edəcək.

"Qafqazinfo" xəbər verir ki, bu lotoreyada MARS®, Snickers®, Baunty®, TWIX® və Milky Way®  çəki ilə satılan konfet çeşidlərindən ən azı 1 kq alan və 18 yaşına çatmış hər bir şəxs könüllü olaraq iştirak edə biləcək.

Lotoreyada iştirak etmək üçün ARAZ satış məntəqələrində MARS®, Snickers®, Baunty®, TWIX® və Milky Way®  ticarət markasına aid ən azı 1(bir) kq konfet çeşidini almaq lazımdır. Beləliklə yuxarıda qeyd olunan konfetlərin hər hansı birindən 1 (bir) kq və ya daha çox alan şəxs məhsulun qəbzini özündə saxlamalıdır. Adını, soyadını, mobil telefonunu, e-mail ünvanını göstərərək, www.novruz-promo.az veb saytında qısa bir qeydiyyatdan keçməlidir. Lotereyada iştirak etmək üçün malların satın alınmasını təsdiq edən bir kassa qəbzinin fotoşəklini sayta yükləməlidir. Bundan sonra həmin şəxsə eyniləşdirmə nömrəsi təqdim olunur (8 simvoldan ibarətdir). Bu eyniləşdirmə nömrəsi lotereya biletinə bərabər tutulan məlumat daşıyıcısı qismində çıxış edir. İştirakçının qeydiyyatdan keçmiş qəbzlərinin eyniləşdirmə nömrəsi onun şəxsi hesabında əks olunacaq. Lotereya Qaydalarının 3.2 bəndinə əsasən 3.1 bəndindəki məlumatlar lotereya iştirakçısının elektron ünvanına göndəriləcək. Bir qəbz sayta yalnız 1 dəfə yüklənə bilər. Bir iştirakçı sayta ən çox 20 ədəd müxtəlif qəbzləri yükləyə bilər. Hər iştirakçı yalnız bir nömrə ilə qeydiyyatdan keçə bilər. Qəbzi lotereyanın sonunadək saxlamaq lazımdır. Bir iştirakçı yalnız bir dəfə qalib ola bilər. Lotereyada ancaq 18 (on səkkiz) yaşı tamam olmuş şəxslər (bundan sonra lotereya İştirakçısı) iştirak edə bilər.

17 mart, 2020-ci il – tirajında Baliyə bir nəfərlik səyahət 2 (iki) ədəd, Araz Supermarketləri şəbəkələrinə 50 AZN nominalında hədiyyə sertifikatı – 40 ədəd, İdeal Şəbəkəsinə 30 AZN nominalında həddiyə sertifikatı – 20 ədəd oynanılacaq. 30 mart, 2020-ci il – tirajında Baliyə bir nəfərlik səyahət 2 (iki) ədəd, Araz Supermarketləri şəbəkələrinə 50 AZN nominalında hədiyyə sertifikatı – 40 ədəd, İdeal Şəbəkəsinə 30 AZN nominalında hədiyyə sertifikatı – 20 ədəd oynanılacaq.

Qaliblər lototron vasitəsi ilə təsədüfi yolla seçiləcək. İştirakçıların eyniləşdirmə nömrələri çap olunub lototronun içərisinə atılır. İlk öncə uduşun adı elan olunur, lototron işə salınır və içərisindən bir eyniləşdirmə nörmrəsi çıxarılır. Çıxarılan eyniləşdirmə nömrəsinin sahibi qalib gəlmiş hesab olunur. Tirajın uduş fondunun oynanılması ARAZ satış məntəqəsində müəyyən ediləcəkdir.

Tirajın uduş fondunun oynanılma tarixləri:

17.03.2020 (03 mart 00:00-dan 16 mart tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)

30.03.2020 (17 mart 00:00-dan 29 mart tarixinədək qeydiyyatdan keçmiş qəbzlər iştirak edir)

Tirajlı stimullaşdırıcı lotereyanın Uduş fondu: 

Baliyə 1 bir nəfərlik səyahət –  4 qalib 

Araz Supermarketləri şəbəkələrinə 50 AZN nominalında həddiyə sertifikatı – 80 qalib

İdeal Şəbəkəsinə 30 AZN nominalında hədiyyə sertifikatı – 40 qalib

Lotereya haqqında məlumatlandırma: 

Lotereyanın şərtləri və tirajın uduş fondunun oynanılmasının nəticələri haqqında məlumat qafqazinfo.az saytında və www.novruz-promo.az saytında paylaşılacaqdır.