Novxanıda 11 yaşlı uşaq dənizdə batdı

novxanida-11-yasli-usaq-denizde-batdi
Oxunma sayı: 1981

Abşeron rayonu, Novxanı kəndində dənizdə (qeyri-çimərlik ərazidə) bir nəfər batıb. 

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, batan şəxs 2010-cu il təvəllüdlü Kərimov Səid Nail oğludur.

Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən S.Kərimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.