Novxanıda dənizdə batan şəxslərin meyiti sudan çıxarıldı - Yenilənib

novxanida-denizde-batan-sexslerin-meyiti-sudan-cixarildi
Oxunma sayı: 4675

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

***

Dənizdə (“Novxanı” sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 2 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.