Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, qəza martın 10-da saat 13 radələrində qeydə alınıb.
Xırdalan şəhər sakini S.Səlimovun idarə etdiyi “Ford” və Sumqayıt şəhər sakini Rauf Abbaslının idarə etdiyi “Volkswagen” markalı avtomobillər toqquşub.
Nəticədə R.Abbaslı hadisə yerində ölüb, digər sürücü xəstəxanaya yerləşdirilib.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər