“Noyabrın 30-da Dövlət Agentliyinə ünvanladığımız müraciətə hələ də cavab verilməyib” - Təmraz Tağıyev

noyabrin-30-da-dovlet-agentliyine-unvanladigimiz-muraciete-hele-de-cavab-verilmeyib
Oxunma sayı: 2192

“Bu gün bələdiyyələrdən daxil olan müraciətlərə Dövlət Ekoloji Ekspertiza Agentliyinin vaxtında cavab verməməsi nəticə etibarilə  qurumuş ağacların təhlükə risqini bir xeyli artırmış olur”.

"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Belediyye.info- ya Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev bildirib.

Sədrin sözlərinə görə, ötən ilin sonunda BŞİH-nin Yaşıllaşdırma idarəsinin əməkdaşlarıyla birgə aparılan monitorinq zaman rayon ərazisində  221 qurumuş ağacın siyahısı küçə və prospektlər üzrə tərtib edilərək qanunvericilik qaydasında müvafiq rəyin alınması üçün Dövlət Ekoloji Ekspertiza Agentliyinə rəsmi şəkildə müraciət edilib:

"Siyahıya isə ilk növbədə götürülməsi vacib olan ağaclar salınmışdır. Təəssüf hissiylə bildirmək istərdik ki, 30 noyabr 2022-ci il tarixində göndərilən məktuba bu günədək Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən cavab verilməyib. Agentliyin bu cür etinasız addımı sayəsində köküstə qurumuş ağacların bəziləri yıxılaraq vətəndaşlara ciddi ziyan vurub. 

Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəsmilərinin bu cür vacib məsələyə qeyri-ciddi yanaşması  bələdiyyələrə problem yaratmaqla, həm də vətəndaşı bələdiyyədən və müvafiq mərkəzi icra orqanından narazı salır.  

Düşünmək olar ki, bizim bu müraciətimizdən nəticə çıxararaq Dövlət Ekoloji Ekspertiza Agentliyində çalışan məmurlar, cənab Prezidentin söylədiyi kimi, xalqın  xidmətçisi olmağa çalışacaqlar".