NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib

NRYTN yanında İctimai Şuraya seçkilər keçirilib
Oxunma sayı: 1593

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib.

"Qafqazinfo" xəbər verir ki, seçkidə vətəndaş cəmiyyəti institutlarının seçki gününə 10 gün qalanadək qeydiyyatdan keçmiş 102 təmsilçisindən 85-i seçici qismində iştirak edib.

Seçki prosesinin sonunda müvafiq qaydada möhürlənmiş seçki qutusu açılaraq səslər Seçki Komissiyası üzvlərinin iştirakı ilə hesablanıb. İstifadə olunmuş 85 seçki bülletenindən 2-si etibarsız sayılıb.

Səsvermədə iştirak edənlərin yarıdan çoxunun səsini toplamış adları aşağıda qeyd olunan şəxslər İctimai Şuranın tərkibinə seçiliblər.

Məhərrəmova Elnarə Aşır qızı – “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri

Nəbiyev Qalib Təsim oğlu – “Sosial İqtisadi İnkişafa Dəstək” İctimai Birliyinin sədri

Bu seçkilər nəticəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İctimai Şuranın tərkibi tam formalaşmadığı üçün 16 iyun 2021-ci il tarixində nazirliyin Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 77 ünvanında yerləşən inzibati binasında seçkilərin II turu keçiriləcək.