NTV-də Azərbaycana həsr edilən veriliş - Video

ntv-de-azerbaycana-hesr-edilen-verilis
Oxunma sayı: 2154

Rusiyanın NTV telekalında yayımlanan “Поедем, поедим!” verilişinin növbəti buraxılışı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycana həsr olunub.

"Qafqazinfo"nun məlumatına görə, verilişdə aparıcı Con Uorren neft vannası qəbul edib və əcəbsandal hazırlayıb.

Çəkilişlər Bakıda Dənizkənarı Milli Park, Yanardağ, Atəşgah və şəhərimizin digər görməli yerlərində, həmçinin Gəncə və Naftalanda, Göygöl rayonunda aparılıb.

Qeyd edək ki, Nazirliyin beynəlxalq fəaliyyətinin prioritetlərindən biri də Azərbaycanın turizm potensialının dünyada təbliğidir. Bununla bağlı müxtəlif ölkələrin nüfuzlu kanallarında tanıtım filmləri, verilişlər yayımlanır.