NTV-nin məşhur siması dünyasını dəyişdi

ntv-nin-meshur-simasi-dunyasini-deyisdi
Oxunma sayı: 5944

NTV-nin məşhur siması Özlem Sarıkaya Yurt 39 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, aparıcı xərçəng xəstəliyindən vəfat edib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun da Özlem Sarıkayanın ölümü ilə bağlı başsağlığı verib. 

“NTV-nin xəbər aparıcısı Özlem Sarıkaya Yurtun vəfatını dərin hüznlə öyrəndim. Mərhuma Allahdan rəhmət, ailəsinə, yaxınlarına və qurumuna başsağlığı verirəm. Məkanı cənnət olsun" – deyə başsağlığında deyilir. 
Qeyd edək ki, Özlem Sarıkaya 2013-cü ildə ana olub.