“Nu, poqodi!”nin yeni seriyaları çəkiləcək

nu-poqodinin-yeni-seriyalari-cekilecek
Oxunma sayı: 2413

“Soyuzmultfilm” “Nu, poqodi” (Ну, погоди!) cizgi filminin daha 26 seriyasını çəkəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə kinostudiyanın rəhbəri Yuliana Slaşşeva VIII Sank-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda deyib. Yeni epizodlar cizgi film qəhrəmanlarının 50 illik yubileyinə uyğunlaşdırılacaq. Tamaşaçılar yeni seriyalarla 2020-ci ilin yayında tanış olacaqlar.

“Nu, poqodi”nin balaca nəsillər üçün böyük hədiyyə olacağı bildirilib.