“Qafqazinfo” xəbər verir ki bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib.
S. Novruzov deyib ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland ABŞ-Azərbaycan münasibətləri, ABŞ və Azərbaycanın strateji müttəfiq olması barədə xüsusi mesajları çatdırmaq üçün gəlib: “Bu səfər çox əhəmiyyətli idi. Səfər zamanı Azərbaycanda gedən iqtisadi inkişaf, ölkəmizin enerji təhlükəsizliyindəki rolu, işğalçı tərəfindən qeyri-qanuni, qondarma məhkəməsi qurulmuş azərbaycanlı girovların buraxılması, atəşkəsin pozulması ilə bağlı Ermənistanın təxribatları bilavasitə müzakirə olundu”.
S. Novruzov deyib ki, Nulandın bu qədər mühüm məsələlər varkən “heç bir təsir imkanı olmayanlarla görüşməməsində qeyri-adi heç nə yoxdur”.
Politoloq Qabil Hüseynli APA-ya bildirib ki, V. Nuland səfər zamanı bütün məsələlərdə ehtiyatlı hərəkət edib. O, kəlbəcərli girovlarla bağlı prinsipial bəyanat verib, sonradan İrəvanda müəyyən korrektələrlə həmin bəyanatını təkrarlayıb: “Azərbaycanda müxalifətin nümayəndələri elə vəziyyətdədir ki, Viktoriya Nulandın onlara vaxt ayırmasına onun tərəfindən vaxt itkisi demək olardı. Düzdür, Viktoriya Nuland “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, NİDA-çı gənclərlə görüşdü, amma onlara da çox az vaxt ayırdı. Həmin görüş də sırf vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş hesab edilir”.
Son xəbərlər
Son Xəbərlər