Numan Kurtulmuş Gəncədən şəkillər paylaşdı - Fotolar

numan-kurtulmus-genceden-sekiller-paylasdi
Oxunma sayı: 1790

Xəbər verdiyimiz kimi, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) nümayəndə heyətinin rəhbəri, AK Parti Sədrinin birinci müavini Numan Kurtulmuş Gəncəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, o, Gəncədə “Şuşa Bəyannaməsi: milli-mənəvi dəyərlərimizə bağlılıq və gələcək əməkdaşlıq üçün yeni fürsətlər” mövzusunda konfransda iştirak edib.

N.Kurtulmuş səfərinin son günündə tvitter hesabında Gəncədən fotolar paylaşıb.

“Azərbaycan proqramımızın son günündə Türkiyəmizin salamlarını gətirdiyimiz, Qarabağın azadlıq mübarizəsinə köksünü sipər etmiş qazi şəhər Gəncədən bir neçə gözəl kadr…”, - o, fotoları şərh edib.