“Qafqazinfo” xəbər verir ki, görüşdə E.QasımovAzərbaycan ilə Polşa arasında olan əlaqələrin böyük tarixə malik olduğunu, hələ XIXəsrin sonlarından polşalı mütəxəssislərin Bakıda müxtəlif sahələrdəfəaliyyət göstərdiklərini xatırlatmış,məşhur polşalı mühəndis Pavel Pototskinin Bibi-Heybət ərazisinin bir hissəsinin torpaqlanmasında və orada dəniz neftinin hasilatı üçün imkanlar yaradılmasında müstəsna rol oynadığını vurğulayıb. E.Qasımov polşalı memarların yaradıcılığının məhsulu olan çoxsaylı binaların Bakıda memarlıq abidələri kimi qorunub saxlanıldığını bildirib, prezident İlham Əliyevin Azərbaycan Polşa əlaqələrinin tarixinə, onların müasir şəraitdə inkişafına xüsusi diqqət göstərməsi sayəsində müstəqil Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında çoxşaxəli əməkdaşlıq əlaqələrinin yüksələn xəttlə inkişaf etdiyini qeyd edib.
AGH (Krakov) Elm və Texnologiya Universitetinin rektoru Tadeuş Slomka Azərbaycanda və Bakı AliNeft Məktəbində olmalarından məmnunluq hissləri keçirdiyini, Bakıda polşalı mütəxəssislərin fəaliyyətinə yüksək qiymət verildiyinə görə minnətdarlığını bildirmiş, Polşanın məşhur ali təhsil ocaqlarından birinin rəhbəri kimi hər iki ölkənin təhsil mərkəzləri ilə əməkdaşlığın inkişafına hərtərəfli dəstəkverməyə hazır olduqlarını qeyd edib.
Görüş çərçivəsində Elmar Qasımov və professor Tadeuş Slomka ilə hər iki ali təhsil müəssisəsi arasında “Anlaşma Memorandumu” imzalanıb. Sənəddə tələbə və müxtəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması, elmi forumların təşkili,informasiya resurslarının mübadiləsi və s. kimi məsələlər üzrə fəaliyyət nəzərdə tutulub.
Görüşün sonunda professor Tadeuş Slomkaya Bakı Ali Neft Məktəbinin “Fəxri Qonaq” diplomu təqdim edilib.
Səfər çərçivəsində qonaqlar üçün Bakının tarixi yerlərinə səfərlər təşkil olunub.
Son xəbərlər
Son Xəbərlər