Nümayəndələrimiz hadisə yerinə getdilər

numayendelerimiz-hadise-yerine-getdiler
Oxunma sayı: 635

Bunu “Media forum” saytına "Silk Way" aviaşirkəti direktorunun müşaviri Adil Qasımov deyib.

O bildirib ki, komissiya üzvləri hərbi vertolyotla Pərvan əyalətində yerləşən yüksəkliklərdə eniş edəcəklər. Adil Qasımov komissiya üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün həmin yüksəkliklərin adının məxfi saxlandığını qeyd edib. Müşavirin sözlərinə görə, komissiyanın iyulun 7-də keçirilmiş iclasında qəbul edilən plana əsasən komissiya üzvləri ABŞ Müdafiə Nazirliyinin rəhbər heyətinin köməyilə vertolyotdan endikdən sonra hadisə baş verən yerə çatmaq üçün 3 saat piyada gedəcəklər.

İyulun 6-na keçən gecə Əfqanıstanın Pərvan əyalətində radarda görüntüdən itən Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus İL-76 4K-AZ 55 təyyarəsində 9 nəfər heyət üzvü (hava gəmisinin kapitanı Sergey Kuzmin, ikinci pilot Oleq Marşixin, şturman İqor Çjen, bort mühəndisi Vladimir Şatobin, bort radisti Əhmədcan Xacayev, bort operatoru Elnur Mahmudov, Tapdıq Qəhrəmanov, aviatexnik Əfqan Rəhimov və Mehman Hüseynov) olub. Onların taleyi barədə məlumat yoxdur.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci il istehsalıdır, tam texniki baxışdan 2011-ci ilin fevralında keçib. 2011-ci ilin iyununda isə növbəti texniki baxışdan keçib.
Təyyarənin radardan niyə itdiyi bilinmir. Təyyarənin qəzaya uğradığı, onu “Taliban” qruplaşmasının vurduğu haqda ziddiyyətli, rəsmən təsdiqlənməmiş məlumatlar yayılıb.