Nümayəndələrin yeni görüşü Qarsda ola bilər

numayendelerin-yeni-gorusu-qarsda-ola-biler
Oxunma sayı: 918

İkitərəfli münasibətlərin normallaşması prosesi çərçivəsində Ankara və İrəvan nümayəndələrinin yeni görüşü sentyabrda Qarsda keçirilə bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyənin “Ulusal” telekanalı diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, danışıqlarda iki ölkənin Xarici İşlər, Ticarət və Nəqliyyat nazirliklərinin nümayəndələrinin iştirakı planlaşdırılır və görüşün yekunlarına əsasən texniki məsələlərin öyrənilməsinə başlanılacaq.

“Ulusal”ın məlumatına görə, Türkiyə nümayəndələri artıq Ermənistanla həmsərhəd ərazilərdə yoxlama aparıblar.

Xüsusilə, iki ölkəni birləşdirən Əlican körpüsü və ona gedən yolda təmir işlərinin aparılmasının zəruriliyinə diqqət çəkiblər.