Nümayişdə spikerin müavininin oğlu da öldürüldü

numayisde-spikerin-muavininin-oglu-da-olduruldu
Oxunma sayı: 685

Əfqanıstanın paytaxtı Kabulda hökumətin istefası tələbi ilə keçirilən nümayişdə ölənlərin sayı yeddiyə çatıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərdən biri parlamentin yuxarı palatasının spikerinin birinci müavininin oğludur. Nümayiş iştirakçılarından 6-sı saxlanılıb.

Qeyd olunur ki, ölənlərdən ikisi odlu silahla başlarından vurulanlardır.