Nur-Sultandan Bakıya uçuşlar bərpa edildi

nur-sultandan-bakiya-ucuslar-berpa-edildi
Oxunma sayı: 853

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərinin hava limanından beynəlxalq reyslər bərpa olunub.

“Qafqazinfo” “Zakon”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Mülki Aviasiya Komitəsi yayıb.

Məlumata görə, yanvarın 13-ü paytaxtın hava limanından Bakı, Moskva, Budapeşt, Dubay, İstanbul, Minsk, Varşava, Kiyev, Daşkənd, Yekaterinburq, Novosibirsk, Phuket və Kolombo şəhərlərinə və geri 32 beynəlxalq reysin həyata keçirilməsi planlaşdırılır. Bununla belə, Frankfurta bir reys təxirə salınıb.

Xatırladaq ki, bu gün Almatı hava limanı da öz fəaliyyətini bərpa edib.