Nur Yerlitaş “İşte benim stilim”ə qayıdır

nur-yerlitas-iste-benim-stilime-qayidir
Oxunma sayı: 3361

Məşhur modelyer Nur Yerlitaş yenidən “İşte benim stilim”in münsif heyətində olacaq.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yarışmada 3 mövsüm münsiflik edəndən sonra bu mövsüm verilişdən ayrıldığını açıqlayan modelyer “Star” telekanalı ilə müqavilə bağlamışdı. Onu isə yarışmada Neslihan Yargıcı əvəzləmişdi. Lakin proqramın reytinqinin aşağı düşdüyünü görən prodüsser Yerlitaşın istədiyi əmək haqqı və şərtlərlə razılaşaraq onunla yenidən müqavilə bağlayıb.

N. Yerlitaş bununla bağlı jurnalistlərə açıqlamasında “Masam üçün çox darıxdım, geri qayıtdım” deyə bildirib.