“İşte benim stilim”ə qayıdacağı açıqlanan Nur Yerlitaşın alacağı məbləğ müəyyənləşib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Nur Yyenidən münsif kürsüsündə əyləşmək müqabilində 400 min türk lirəsi alacaq.
“İşte benim stilim”in reytinqinin düşməsindən sonra bu addım atılıb. Nur Yerlitaşın qayıdışından sonra münsiflər heyətində dəyişiklik olub-olmaması barədə məlumat verilməyib.
Qeyd edək ki, modelyer bununla bağlı jurnalistlərə açıqlamasında “Masam üçün çox darıxdım, geri qayıtdım” deyə bildirib.
Xatırladaq ki, Nur Yerlitaş daha əvvəl verilişin təşkilatçı heyəti ilə müqaviləni pozmuşdu. Layihə rəhbəri Nurun veriliş müddətində əldə etdiyi reklam gəlirlərindən müəyyən məbləğ tələb etmiş, modelyer bununla razılaşmamışdı.
Bunun ardından Nur Yerlitaş Star TV ilə müqavilə bağlamış, yeni layihəyə imza atmışdı.
Son xəbərlər
Son Xəbərlər