Nura polislərdən şikayətləndi- - "Elə bil ailəlikcə cinayət törətmişik"

nura-polislerden-sikayetlendi-
Oxunma sayı: 3408


“Qafqazinfo” xəbər verir ki, bu barədə müğənni Nura Suri “facebook”dakı rəsmi səhifəsində məlumat yayıb. Müğənni 20 manat cərimələndiyini, ödəmək üçün polis idarəsinə gedən atasına qarşı kobudluq etdiklərini bildirib:

“2-ci dəfədir eyni problemlə üzləşirəm.  Dayanma və durma qaydasını pozduğuma görə, evə 20 manat cərimə göndəriblər. Atam ödəməyə banka gedib. Deyiblər ki, qeydiyyata düşməyib, Binəqədi rayonu Polis İdarəsinə gedin.  Atam ora gedib. Cavan “serjant” 72 yaşlı atamla elə danışıb ki, elə bil ailəlikcə cinayət törətmişik. 

“Özü gəlsin, gəlməsə qeydiyyata salmayacağıq”,- deyib. Atam özünü güclə ələ alıb. 1-ci dəfə də belə olmuşdu. Tural Yusifova da zəng edərək soruşmuşdum. O, “ fərqi yoxdur, özün getməyə bilərsən”,- dedi. Axı nə vaxt bitəcək bu problemlər? Niyə pul ödəmək üçün polisə getməliyik? Qeydiyyata salınmadığına görə, onlayn ödəyə bilmirik”.