Nura Suridən qadağa - “Adım hallanmasın…”

nura-suriden-qadaga
Oxunma sayı: 1929

Müğənni Nura Suri maqazin proqramlarında adının çəkilməyini istəmir. “Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçı instaqram səhifəsində məlumat yayıb. 

Nura bildirib ki, gündəmə gəlmək istəyənlər onun ünvanına atmacalar atır: "Bundan sonra bütün maqazin proqramlarına “zapret” qoyuram və onlara müsahibə verməyəcəm. Əgər özüm yoxamsa, belə verilişlərdə adım hallanmasın. Təzə dəb yaranıb.  Gündəmə gəlmək istəyən kiməsə söz atır. Hər yerindən duran adımı hallandırıb reklam olunmasın. Sözümü ümumi deyirəm, sahibi tutur və ad çəkmirəm. 

Əgər kimsə anında reaksiya verirsə, deməli, elə deyilənlər ünvanına çatır. İllərdir efir üzünə həsrət qalanlar kamera görən kimi özlərini yekə-yekə aparırlar. Elə bil alçaq dağları bunlar yaradıb. Sözdə hamı özünü kosmonavt, balerina görə bilər. Xəstəxanada da o qədər Napoleon, Nefertiti var ki!"