Nurəddin Xocanın məhkəməsi başlayır

nureddin-xocanin-mehkemesi-baslayir
Oxunma sayı: 2609

Teref.info saytının baş redaktoru Nurəddin Xoca barəsində cinayət işinin istintaqı yekunlaşıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, İsmayılov Nurəddin Abbas oğlu Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir. Onun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmə istintaqı hakim Zeynal Ağayevin sədrliyi ilə aparılacaq. İlkin hazırlıq iclası fevralın 11-də keçiriləcək.

N.Xoca saytında dərc olunan məqalələrlə bağlı ittiham olunur.

Murad Əhməd