Türkiyəli aktrisa Nurgül Yeşilçay instaqram hesabından paylaşdığı sarı, qırmızı və yaşıl rəngli kilim fotosu müzakirələrə səbəb olub.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkə istifadəçiləri rənglərin PKK simvolu olduğunu iddia edərək sərt reaksiya veriblər.
Etirazlarla qarşılaşan Nurgül məsələ ilə bağlı açıqlama verib.
Aktrisa terror təşkilatına dəstək verməsi barədə yazılan iddiaları rədd edib:
“Dostlar, bu Osmanlı kilimidir. Rənglər bircə-bircə baxıb seçmişəm. Qara rəngdən də istifadə etmişəm. Qırmızı rəngin ətrafında isə neon rənglərə üstülün vermişəm. Bu küçə incəsənətidir. Boş şeylərə görə başınızı yormayın”.

Son xəbərlər
Son Xəbərlər