“Nurgun Motors”un əmlakı siyahıya alındı- - Nazirlikdən açıqlama

nurgun-motorsun-emlaki-siyahiya-alindi-
Oxunma sayı: 3677


“Qafqazinfo” xəbər verir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, bu, şirkətin vergi borcunun yaranması ilə əlaqədardır. Şirkət qısa müddətdə borcu ödəməyi planlaşdırır.

Vergilər Nazirliyindən bildiriblər ki, bu, həbs qoyulması və ya şirkətin fəaliyyətinin dayandırılması anlamına gəlmir. Bununla belə, nazirlikdən vergi borcunun məbləğini açıqlamaqdan imtina ediblər.

Şirkətdən isə "İnfiniti", "Renault", "Nissan" və "Ford" avtomobil salonlarının bağlanması səbəblərini açıqlamaqdan imtina edərək vurğulayıblar ki, bu, aparılan tədbirlərlə əlaqədardır.