Nuri evlənir?

nuri-evlenir
Oxunma sayı: 3996


“Qafqazinfo” xəbər verir ki, Nurinin yaradıcılıq layihələrinə rəhbərlik edən Lamiyə Ələkbərqızı yayılan məlumatları şayiə adlandırıb:

“29 iyun Nuri Sərinləndiricinin doğum günüdür, komandamız  üçün çox əlamətdar tarixdir. Tam səmimiyyətimlə deyirəm ki, onun evlənəcəyi xəbəri bizdən çox heç kimi sevindirə bilməz. Oğlunu evləndirmək anasının ən böyük arzusudur. Əfsus ki, bu yanlış məlumatdır. 

Məncə fanatlarından kimsə öz-özlüyündə belə xoş şayiə yayaraq sevdiyi ulduzuna subaylıqla vidalaşmağını məsləhət görüb". 

Ələkbərqızı Sərinləndiricinin iki yeni mahnı təqdim etdiyini də qeyd edib:

"Bir neçə saat bundan əvvəl Nurinin rəsmi “YouTube” səhifəsində bəstəkar Aynur Adilqızının müəllifi olduğu iki yeni mahnı dinləyicilərə təqdim olunub. "Sanmışdım" bəstəsinin sözləri Leyla Əliyevaya, "Duyğularım" əsərinin söz yazarı isə şairə Zeynəb Ədalətqızıdır. Bilirəm ki, Nurisevərlər hər iki mahnını rəğbətlə qarşılayacaqlar”.