Nuri konsertə hazırlaşır

nuri-konserte-hazirlasir
Oxunma sayı: 1704


"Bu vaxta qədər Azərbaycandakı təşkilatçılardan dəfələrlə maraqlı təkliflər almışam. Hər dəfə konsertlə bağlı layihələr irəli sürüləndə bir tələbim olurdu ki, tamaşaçı qarşına çıxacağıqsa, hər şey mükəmməl olmalıdır. Bu bir reallıqdır ki, mən və duet ortağım Jane Şirokih dəvət aldığımız tədbirlərdə çıxış edərkən sanki konsert oxuyurmuş kimi səhnədə oluruq. "De ki, sevirəm " adlı konsertimizin təşkilatçılarına “hə” cavabı verməmişdən öncə Azərbaycan üzrə yaradıcı layihələrimizə rəhbərlik edən populyar teleaparıcı və rejissor, “Lider TV”nin siması Lamiyyə Ələkbərqızı ilə müzakirələr apardıq və təşkilatlatçılıq işlərinin yüksək səviyyədə olduğunu dəqiqləşdirdikdən sonra işə başladıq. “Yaşıl teatr”da mövsüm bizim konsertimizlə açılacaq. Moskvanın populyar "MainStream" qrupunun müşayiəti ilə tamaşaçılara fərqli musiqisi ziyafəti təşkil etməkdən ötrü J.Şirokihlə birlikdə bütün gücümüzü səfərbər etmişik. Məşqlərimizi yüksək səviyyədə davam etdiririk. Hit duetlərimizlə yanaşı repertuarımızda Azərbaycan və əcnəbi bəstəkarların əsərləri yer alacaq. Konsertin adını təsadüfən "De ki, sevirəm" qoymamışıq. Bu mənim ifamda sevilmiş mahnılardan birinin adıdır. Şüarımız belədir: "Bu konsertdə hamı sevəcək". 31 may Azərbaycanda həm də "Son zəng" çalınacaq. Əminik ki, 11-ci sinif məzunları öz bayramlarını bizimlə birlikdə keçirməkdən məmnun qalacaqlar. Konsertdə çoxlu sayda sürprizlər də olacaq ki, onlar hələlik sirr olaraq saxlayırıq"-, deyə Nuri Sərinləndirici konserti haqqında məlumat verib.