Nuri Şahin “Real”dan gedir?

nuri-sahin-realdan-gedir
Oxunma sayı: 639

“Qafqazinfo”nun verdiyi xəbərə görə, gənc yarımmüdafiəçinin yenidən Dortmund “Borussiya”sına qayıdacağı güman olunur. Dortmund klubunun üzvü Vatzke komandanın qapılarının futbolçunun üzünə açıq olduğunu bildirib. Madridə bu yay 12 milyon avro qarşılığında gələn, ancaq zədə səbəbindən əsas heyətdə möhkəmlənə bilməyən Nuri isə bu vəziyyətdən narazı olmadığını dilə gətirib. İspaniya kubokunda “Malaqa” ilə görüşdə adı iştirak ərizəsinə daxil edilməyən futbolçu, buna baxmayaraq zədədən sonra təzəcə özünə gəlməyə başladığını və formaya düşdükdən sonra hər şeyin istədiyi kimi olacağına inandığını bildirib.

Ceyhun Əhmədov