“Qafqazinfo”nun məlumatına görə, sənətçi tanınmış məkanların birində mətbuat nümayəndələri və şou əhlini başına toplayaraq yeni klipini təqdim edib. Klip haqda təəssüratlarını bölüşən Sərinləndirici bildirib ki, böyük komandanın əziyyəti nəticəsində fərqli iş ərsəyə gəlib:
“Fərqli bir klip ərsəyə gətirdiyimizi düşünürəm. Klipdə tərəfmüqabilim Ukrayna gözəlidir. Mahnının sözləri Leyli İsrafilovaya,musiqisi Zamiq Kənana məxsusdur. Klipi Anar Abbasov ekranlaşdırıb. Ekran işi ürəyimcə oldu. Ümid edirəm ki, tamaşaçılar da bəyənəcək. Burada mənə dəstək olan sənət dostlarıma və media nümayəndələrinə təşəkkür edirəm”.
Təqdimata Teymur Əmrah, Könül Kərimova, Roza Zərgərli, Nadir Qafarzadə, Rüfət Axundov, Xatun Əliyeva, meyxanaçı Vüqar qatılıb. Mərasimin aparıcılığı Şahin Cavadsoy və Zabir Əliyevə həvalə olunub.
Son xəbərlər
Son Xəbərlər